Müsabiqəyə kütləvi informasiya vasitələrində çalışan şəxslər qatıla bilər. Müsabiqəyə bir neçə materialın təqdim edilməsi mümkündür. Materiallar Azərbaycan və Rus dillərində hazırlana bilər. 16 mart 2012-ci il tarixdən-01 avqust 2012-ci il tarixə qədər qəzet, jurnal və informasiya agentliklərinin rəsmi saytlarında, xəbər saytlarında müsabiqə mövzuları ilə bağlı dərc olunmuş materiallar ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinə təqdim olunmalıdr. Materialların elektron forması və linkləri [email protected] elektron ünvanına, məktubun mövzusunda "Müsabiqə üçün məqalə" qeyd edilərək göndərilməlidir. Materialların dərc olunduğu qəzet və jurnallar isə Bakı şəhəri, B.Səfəroğlu küç., 133, SAT plaza, 14-cü mərtəbə - ünvanına təqdim olunmalıdır. Qəzet və jurnallarda çap olunmuş materiallar ən azı A-3 formatlı qəzetin yarım səhifəsi (6-7 min çap işarəsi) həcmində olmalıdır. Müsabiqəyə təqdim edilmiş materialların qiymətləndirilməsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Münsiflər heyətinə Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsininn nümayəndələri və müvafiq ekspertlər daxil olacaq.
Münsiflər heyətinin üzvlərinin adları əvvəlcədən açıqlanmayacaq. Qaliblər sentyabr ayı ərzində elan ediləcək. Müsabiqənin nəticələri əsasında 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar mükafatlandırılacaq. Həmçinin, 3 həvəsləndirici mükafat təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB