Magistratura imtahanlarında iştirak etmək üçün 17972 bakalavr ərizə verib

Magistratura imtahanlarında iştirak etmək üçün 17972 bakalavr ərizə verib

Ali təhsil müəssisələrinin magistraturalarına keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu başa çatıb. SİA-nın xəbərinə görə, ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılıb. İlkin statistik məlumatlara əsasən, imtahanda iştirak etmək üçün 17972 bakalavr ərizə verib. Onlardan 15791 Azərbaycan bölməsi, 2181 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 29-dan etibarən elektron ərizələrinə daxil olaraq \"İmtahana buraxılış vərəqəsi\"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün \"Bakalavrın imtahana buraxılış vərəqəsi\"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə