Yeni təhsil strategiyası yaxın günlərdə ölkə prezidentinə təqdim ediləcək
"Azərbaycanın növbəti illəri
əhatə edəcək təhsil strategiyası layihəsi artıq hazırdır. Yaxın günlərdə Təhsil
Komissiyası yığışaraq layihəni ölkə prezidentinə təqdim edəcək". SİA-nın xəbərinə görə, bunu
təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki,
bu strategiyada təhsillə bağlı çox
ciddi yeniliklər olacaq.
Nazir
ali təhsil müəssisələrinin Əlavə Dəyər Vergisindən azad edilməsi barədə təklifi
dəstəklədiyini deyib. Onun sözlərinə görə, vergi baxımından təhsilə və elmə
güzəştlər olmalıdır: "Dünyanın hər yerində elm və təhsil müəssisələrinin
vergidən azad olunması ilə bağlı addımlar atılır. Azərbaycanda da bu tətbiq
olunarsa, bir-birindən ayrılmayan elm və təhsil sahələrinin inkişafına səbəb
olar".
Ali təhsil müəssisələrinin şəhər kənarına köçürülməsinə gəlincə, M.Mərdanov bununla bağlı fikirlərin olduğunu deyib. O bidldirib ki, amma hələ bu barədə konkret addımlar atılmayıb: "Gələcəkdə Azərbaycanın investisiyalar layihələrində nəzərdə tutularsa, bu işi həyata keçirmək olar. Hələlik bununla bağlı ciddi irəliləyiş yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB