Gələn ay Bakı məktəblərində fənn aylığı keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun sədri Zəminə Əliqızının SİA-ya verdiyi xəbərə görə, paytaxtda ilk fənn aylığı riyaziyyat fənni üzrə təşkil olunacaq. Fənn aylığında məqsəd bu fənnin tədrisi səviyyəsini yüksəltmək, eyni zamanda, ən yaxşı fənn müəllimlərini aşkar etmək, qabaqcıl müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır.
Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və "dəyirmi masa"lar təşkil ediləcək. Sonda yekun konfrans keçiriləcək, riyaziyyat üzrə ən yaxşı açıq dərslər nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB