"Taktiki baxımdan Amerika Birləşmiş Ştatları və İsrail müəyyən üstünlük əldə etmiş kimi görünə bilər. Çünki münaqişənin ilk mərhələsində İranın hərbi və siyasi strukturlarına qarşı ciddi zərbələr endirilmiş, yüksək vəzifəli şəxslərin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatlar həyata keçirilmişdir".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
.jpg)
Onun sözlərinə görə, bu, həm hərbi, həm də psixoloji baxımdan mühüm təsir göstərən amildir: "Eyni zamanda, infrastruktur obyektlərinə endirilən zərbələr də İranın imkanlarına müəyyən dərəcədə təsir etmişdir. Bu baxımdan ilkin mərhələdə üstünlük ABŞ və İsrail tərəfində kimi qiymətləndirilə bilər.
Lakin məsələyə strateji baxımdan yanaşdıqda fərqli mənzərə ortaya çıxır. İran dövlət idarəetmə sisteminin hələ də fəaliyyət göstərməsi, siyasi hakimiyyətin dağılmaması və cəmiyyət daxilində müəyyən səviyyədə dəstəyin qorunub saxlanılması mühüm amillərdir.
Bundan əlavə, İranın cavab zərbələri endirməsi, həm İsrail ərazisinə, həm də ABŞ-ın regiondakı maraqlarına təsir göstərməsi münaqişənin birtərəfli olmadığını göstərir. Bu isə strateji baxımdan balansın tam pozulmadığını deməyə əsas verir.
Bu səbəbdən, hazırkı mərhələdə yalnız taktiki uğurlara əsaslanaraq yekun nəticə çıxarmaq düzgün olmaz. Əgər mövcud dinamika bu şəkildə davam edərsə, İranın müəyyən mənada daha davamlı və dayanıqlı mövqe nümayiş etdirdiyini söyləmək mümkündür.
Lakin əgər gələcək mərhələdə İran ciddi güzəştlərə məcbur olarsa və ya strateji geri çəkilmə baş verərsə, bu zaman üstünlüyün Amerika Birləşmiş Ştatları tərəfində olduğunu qeyd etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB