""Müəllimə" sözünü rahat şəkildə qaydaya istisna kimi qəbul etmək olar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müxtəlif dillərin lüğət tərkibinə mütəmadi olaraq yüzlərlə söz daxil olur və ya çıxır. Azərbaycan dilinin lüğət tərkibində illərdir ""müəllim", yoxsa "müəllimə" sözü islədilsin?" fikirləri müzakirə olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, bu sadə məsələdir: "Ciddi elmi çəkisi olmayan bir sadə məsələdir. Həll yolları da sadədir. Reallıq budur ki, 100 nəfər arasında araşdırma aparsaq, məlum olacaq ki, böyük əksəriyyət qadın təhsilverənə "müəllimə" deyir. Toplumun qarşısında baxmayaraq ki, "qadın təhsilverənə "müəllimə" deyirsiz, biz qaydanı onsuz da dəyişməyəcəyik" yanaşması doğru deyil. Topluma zorla "müəllimə" yox "müəllim" dedizdirə bilməzsiniz. Toplum "müəllimə" demək istəyir və deyir. Burada paradoksal yanaşma mövcuddur.

Qadın təhsilverən sozü "müəllim" kimi ifadə olunanda dildəki sözlərin sonuna "a", "ə" artırılmır, dildəki qayda pozulmur, lakin toplumun işlətdiyi ifadəyə qarşı çıxılır. Qadın təhsilverənə "müəllimə" deyəndə qayda pozulur. Toplumun fikri nəzərə alınır. Düşünürəm ki, bu məsələdə Dilçilik İnstitutunun mütəxəssisləri ya qaydanı dominant tutub, toplumun fikirini nəzərə almır, ya da toplumun fikrini üstün tutub qaydanı dəyişməlidir. Burada optimal olan 3-cu variant da meydana çıxır. "a","ə" sonluğunun olmaması qaydası qalır, istisna olaraq toplumun ifadə etdiyi "müəllimə" və bu kimi sözlər toplumun ifadəsi lehinə istisna sözlər olaraq qaydaya tabe olmur, lakin qəbul olunur. Sonuncu variant daha uyğun variantdır. Müxtəlif dillərdə qaydalara tabe olmayan yüzlərlə sözlər var.

Mütəxəssislər toplumun ifadəsi əleyhinə qaydanı möhkəm saxlayıb toplumun işlətdiyi "muəllimə" ifadəsini rədd etməməlidir, əksinə qaydanı pozsa da, istisna hal kimi dilin lüğət tərkibinə qəbul etməlidir. Mütəxəssislər dilin lüğət tərkibinin toplumun işlətdiyi ifadələri qəbul etməklə tolerantlıq, dözümlülük nümayiş etdirməlidir. Əks halda dil qaydasını əldə "bayraq" etməyin heç bir faydası olmur".

"Toplum qadın təhsilverənə "müəllimə" demək istəyir və deyir, demək qaydanı toplumun fikrinə uyğunlaşdırmaq lazımdır. Bu tip məsələlərin çox sadə həlli yolları var. Rahat şəkildə "müəllimə" sözünü qaydaya istisna kimi qəbul etmək olar. Təəssüf ki, bizdə bəzən elmi müzakirələr kimi "dovşan"ı söz olaraq necə yazılmasının üzərində müzakirələr qururuq. Elmi inkişaf etmiş ölkələr isə dovşanın genetik kodlarını dəyişir, klounlaşdırmağa, ciddi bioloji və ya genetik təcrübələr aparmağa çalışır. Biz isə dovşanın necə yazıldığını müzakirə edirik.

Etiraf edək ki, cəmiyyətin də, çox təəssüf ki, mütəxəssislərin də müzakirə etdiyi bəzi məsələlərin elmi tutumluluğu bəzən sıfıra bərabərdir.Yəni elmi əhəmiyyətliliyi yoxdur. Dilin lüğət tərkibinin uyğunlaşdırılması çox asan məsələdir. Asan işin qəliz məsələ kimi göstərmək elmi inkişafda yol deyil. Elmin yolu qəliz, mürəkkəb və mücərrəd görünən problemlərin həlli yollarını tapmaq və cəmiyyətlərə, imzalara asan yollarla çatdırmaqdan keçir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə