...Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukrayna Rusiya ilə müharibəni daha iki-üç il davam etdirməyə hazırdır, lakin münaqişənin on il davam edə biləcəyindən qorxur.
O, həmçinin bildirib ki, Kiyev ölkənin həm insan, həm də iqtisadi itkilər baxımından müharibəni nə qədər davam etdirə biləcəyindən narahatdır.
…Şübhəsiz ki, Ukrayna müstəqil bir dövlət kimi yaşayacaq. İndi əsas sual nə qədər itki olacağıdır. Ukrayna Prezidenti Vladimir Zelenski mənə müharibənin on il davam etməyəcəyinə ümid etdiyini, lakin Ukrayna daha iki-üç il döyüşməyə hazır olduğunu dedi…
Tusk bunu "The Times" qəzetinə verdiyi müsahibədə bildirib. Onun Ukraynanın Avropanın istənilən yerində Rusiya ilə əlaqəli hədəflərə zərbə endirmək hüququna malik olduğu barədə açıqlaması diqqətəlayiqdir.
Bu açıqlama Varşava məhkəməsinin Almaniyanın 2022-ci ildə Şimal Axını 1 və 2 qaz boru kəmərlərini partlatmaqda ittiham olunan ukraynalı dalğıcın ekstradisiyası tələbini rədd etməsindən sonra verilib.
Rusiyaya təzyiq davam edir...
Tusk qeyd edib ki, tammiqyaslı müharibə Rusiya iqtisadiyyatını məhv edir və onun sözlərinə görə, neft şirkətlərinə qarşı yeni ABŞ sanksiyaları fonunda "uzunmüddətli perspektivdə yaşamaq şansı yoxdur" və "dramatik" problemlərlə üzləşir.
“Könüllülər koalisiyası”nın iclasından sonra Avropa liderləri Miladdan əvvəl Ukraynaya dondurulmuş Rusiya aktivlərinə çıxış imkanı verilməsi ilə bağlı qərarın qəbul ediləcəyinə ümid etdiklərini bildiriblər.
Britaniya xarici işlər naziri İvet Kuper müttəfiqləri “dərhal hərəkətə keçməyə” çağırıb: “Biz Rusiyanın puluna çatmalıyıq. Artıq sanksiyalar işə düşdüyünə görə, Putini danışıqlara sövq etmək üçün iqtisadi təzyiqi artırmağın vaxtıdır.”
Lakin, Polşa Baş nazirinin sözlərinə görə, daxili qeyri-sabitlik Putini daha da aqressivləşdirəcək və ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı yeni sərt yanaşmasının nə qədər “davamlı” olacağı hələ də məlum deyil.
…Ruslar dərin iqtisadi böhran içindədirlər. Amma qalib gəldiyimizi deyə bilərikmi? Qətiyyən yox. Onların Qərb, xüsusən də Avropa üzərində bir əsas üstünlüyü var: onlar döyüşməyə hazırdırlar. Müharibədə isə bu, həlledici amildir. Əgər döyüşməyə və ya heç olmasa nəyisə qurban verməyə hazır deyilsinizsə, qalib gələ bilməzsiniz, - deyə o vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB