Böyük Britaniyanın Baş naziri Kir Starmer oktyabrın 27-də Türkiyəyə rəsmi səfər edəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial mediada paylaşım edib.
O bildirib ki, Kir Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gələcək və dövlət başçısı ilə görüşəcək. B. Duranın sözlərinə görə, görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri yaxın müttəfiqlik və strateji səviyyədə əməkdaşlıq kontekstində müzakirə olunacaq, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bu, Kir Starmerin Türkiyəyə ilk rəsmi səfəri olacaq. Yerli KİV-lər xəbər verir ki, səfər zamanı Türkiyə və Böyük Britaniya “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı sazişi yekunlaşdıracaq.
Qeyd edək ki, Starmer və Ərdoğan sonuncu dəfə bu ayın əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində, Qəzza zolağında atəşkəslə bağlı sammit çərçivəsində görüşmüşdülər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB