Böyük Britaniyada səhvən azadlığa buraxılan miqrant Haduş Kebatu Londonda saxlanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Metropoliten Polisi məlumat yayıb. O, bazar günü səhər saatlarında Londonun Finsbury Park ərazisində polis tərəfindən tutulub. Onun tutulmasına ictimaiyyət üzvünün məlumatı kömək edib.
Haduş Kebatu yeniyetmə qıza cinsi zorakılıq etdiyi üçün həbs olunmuşdu. O, Britaniyaya kiçik qayıqla daxil olub. Lakin cümə günü Çelmsford həbsxanasından azad edilərkən deportasiya üçün saxlanma mərkəzinə göndərilməli olduğu halda səhvən sərbəst buraxılıb.
Baş nazir Kir Starmer bu səhvin necə baş verdiyini araşdırmaq üçün təhqiqat başladıldığını deyib.
H. Kebatu daha əvvəl Esseks qraflığının Eppinq şəhərində yerləşən Bell otelində məskunlaşdırılmışdı. O, 14 yaşlı qıza cinsi zorakılıq etdiyinə görə həbs edilmiş, bu hadisə yay boyu şəhərdə etiraz aksiyalarına səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB