Rusiya neft gəlirlərinin yarısını itirə bilər...

Ukrayna ABŞ sanksiyalarına münasibət bildirib...

..."Rosneft" və "Lukoil" şirkətlərinə qarşı sanksiyalar nəticəsində Rusiya Hindistan və Çinə neft ixracının yarısından çoxunu itirə bilər. Bu, onun neft dolları gəlirlərinin yarısını təşkil edir.

SİA xəbər verir ki, RBC-Ukraynanın "Mənim Ukraynam" proqramına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə komissarı Vladislav Vlasyuk bildirib.

O qeyd edib ki, "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı sanksiyalar həm ABŞ, həm də Böyük Britaniya tərəfindən tətbiq edilib.

Bu arada, Avropa Birliyinin yalnız "Rosneft"ə qarşı sanksiyaları var, çünki AB-nin bir hissəsi hələ də "Lukoil"dan asılıdır.

…Bu, potensial olaraq ildə təxminən 100 milyard dollar gəlir itirmək deməkdir.

Müvafiq sanksiyalara lazımi şəkildə əməl olunarsa, Rusiyanın həm Hindistana, həm də Çinə neft ixracının ən azı 60-70 faizini itirəcəyini gözləyirik.

Vlasyuk deyib və əlavə edib ki, bu halda bu, ayda ən azı 5 milyard dollar gəlir itkisi deməkdir.

…Bu, ağrılıdır, çoxdur. Müqayisə üçün, Rusiya hazırda ayda təxminən 10 milyard dollar qazanır. Bu, onun neft dolları gəlirlərinin yarısıdır, təkcə iki neft şirkətinə qarşı sanksiyalardan, - deyə Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı yekunlaşdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə