“Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur" - İNAM KƏRİMOV

“Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur" - İNAM KƏRİMOV

“İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.

O qeyd edib ki, gələcək perspektivdə azad olunmuş torpaqların təbii iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla bölgədə taxıl və yem bitkilərinin istehsalı üstünlük təşkil edəcəkdir: “Bölgədə heyvandarlıqla yanaşı, meyvəçilik və tərəvəzçilik təsərrüfatı üçün də potensial genişdir. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pamabıqçılıq, Ağdam, Füzuli rayonlarında tərəvəzçilik, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortlarının əsasında üzünçülük və şərabçılığın inkişafı üçün əlverişli imkanlar mövcuddur”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə