Naxçıvanın banklarında açılmış hesabların sayı 221 minə çatır

Naxçıvanın banklarında açılmış hesabların sayı 221 minə çatır

Muxtar respublikanın sosial-iqtisadi həyatında, makroiqtisadi sabitliyin qorunmasında böyük rola malik olan bank sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il oktyabrın 1-nə muxtar respublikanın banklarında açılmış hesabların sayı 220 min 631-ə çatıb. Bunun da 212 min 922-si və ya 96,5 faizi aktiv hesablardır. Cari ilin yanvar-sentyabr aylarında açılmış 40 min 940 bank hesabının 40 min 926-sı aktiv hesablardır.

2022-ci il oktyabrın 1-nə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1689 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə