Azərbaycana toxumluq kartofun idxalı zamanı qurumlararası koordinasiya gücləndiriləcək

Azərbaycana toxumluq kartofun idxalı zamanı qurumlararası koordinasiya gücləndiriləcək

Azərbaycanda toxumluq kartofun idxalı zamanı qurumlararası koordinasiya daha da gücləndiriləcək.

Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bununla bağlı müzakirələr Dövlət Gömrük Komitəsində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda aparılıb.

Həmçinin, rəy və təkliflər səsləndirilib, qısa vaxt ərzində birgə tədbirlər planının hazırlanması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə