Qlobal resessiya riskinin artdığı barədə xəbərdarlıq

Qlobal resessiya riskinin artdığı barədə xəbərdarlıq

Dünya Bankının prezidenti Devid Melpas və Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva qlobal resessiya riskinin artdığı barədə xəbərdarlıq ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqtonda BVF-Dünya Bankının İllik Yığıncağı başlayıb.

Bu çərçivədə Dünya Bankının prezidenti Malpas və BVF direktoru Georgieva “Qeyri-sabitlik dövründə çoxsaylı böhranların həlli” adlı sessiyada dünya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr aparıblar.

Malpas "Gələn il dünya üçün resessiya riski və təhlükəsi var" deyib.

Avropada bəzi inkişaf etmiş iqtisadiyyatların ləngidiyinə diqqət çəkən Malpas bir çox inkişaf etməkdə olan ölkədə valyutaların dəyər itirməsinin ölkələr üçün borc səviyyələrinin getdikcə daha da ağırlaşması mənası daşıdığını və faiz artımının bunu daha da ağırlaşdırdığını bildirib.

Malpas inflyasiyanın hər kəs, xüsusilə də yoxsullar üçün hələ də ciddi problem olduğunu vurğulayıb.

BVF-nin idarəedici direktoru Kristalina Georgieva isə resessiya riskinin artdığı ilə bağlı Malpassla razılaşdığını bildirb.
Georgieva dünya iqtisadiyyatındakı yavaşlamanın 2026-cı ilə qədər təxminən 4 trilyon dollar itkiyə səbəb olacağını gözlədiklərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə