Dünya yeni eranın astanasındadır, çağırışlara hazır olun!
Dünya əhalisinin sayı 8 milyardı keçib. XIX əsrin sonlarında planetimizin 1 milyard sakini olduğunu nəzərə alsaq bu rəqəm ötən 140 il ərzində düz 8 dəfə artıb. Deməli Yer planetində olan qida mənbələrinə uzanan əllər də çoxalıb, düz 8 dəfə. Dövlətlər əhalinin sosial problemlərini, ərzağa olan tələbatını həll etmək üçün iqtisadi inkişafın qaçılmaz olduğunu anlayır və bu çağırışlara cavab verəcək sistem qurmağa çalışırlar. “The Economist” yazır ki, getdikcə daha çox işarələr qlobal iqtisadiyyatın stress altında olduğunu göstərir. Bu, onda yeni bir rejimin ağrılı şəkildə ortaya çıxmasından xəbər verir. O, zəngin ölkələrə problemlərin həllinə kömək edə bilər, eyni zamanda ciddi təhlükələr də daşıyır.

Bir neçə aydır ki, maliyyə bazarlarında vəziyyət təlatümlüdür və qlobal iqtisadiyyatda gərginlik getdikcə artır. Düşünə bilərsiniz ki, bunlar yaxınlaşan tənəzzülün normal əlamətləridir. Lakin bu həm də qlobal iqtisadiyyatda yeni yanaşmanın ağrılı şəkildə ortaya çıxmasıdır. Bu dəyişikliyin İkinci Dünya Müharibəsindən sonra və 1990-cı illərdə azad bazarlara və qloballaşmaya istiqamətlənmə ilə eyni nəticələri ola bilər. Yeni dövr dünyanın zəngin ölkələrinə 2010-cu illərin yavaş artım tələsindən çıxmağa və əhalinin qocalması və iqlim dəyişikliyi kimi böyük problemləri həll etməyə kömək edə bilər. Eyni zamanda, maliyyə xaosundan tutmuş nəzarətsiz dövlət xərclərinə qədər ciddi təhlükələr də yaşana bilər.
Qlobal inflyasiya son 40 ildə ilk dəfə olaraq iki rəqəmli həddə çatan bazar təlatümləri əvvəllər heç vaxt görülməmiş miqyasdadır. Federal Ehtiyat Sistemi cavabını gecikdirdi və indi faiz dərəcələrini mümkün qədər tez artıraraq dolları 20 ilin ən yüksək həddinə çatdırdı və nəticədə Amerikadan kənarda təxribatların baş verməsinə səbəb oldu. Bu artım həm də dövlət struturlarında çalışan və pensiya alanlar üçün dəhşətli bir il oldu. Qlobal səhmlər dollar ifadəsində 25% azalıb. Bu, 1980-ci illərdən bəri ən pis vəziyyətdir və dövlət istiqrazları 1949-cu ilin antirekordunu qırmaq üzrədir. 40 trilyon dollar itki ilə yanaşı, dünya düzəninin dağılması, qloballaşmanın geriləməsi, enerji sisteminin dağılması kimi ağrılı hisslər də var – buna səbəb isə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatıdır.

Bütün bunlar 2010-cu illərdə iqtisadi sakitlik dövrünün başa çatması deməkdir. 2007-09-cu illərin qlobal maliyyə böhranından sonra zəngin ölkələrin iqtisadiyyatlarının göstəriciləri zəifləməyə başladı. Özəl şirkətlərin sərmayələri, hətta daha çox gəlir gətirənlərin fəaliyyəti də məhdudlaşdırılıb və hökumətlər çiynini borc alanların yükünün , o cümlədən investisiya yatırımlarının altına qoymağa tələsmir. Əvvəllər iqtisadi artım ləng gedirdi, inflyasiya da aşağı idi. Özəl və dövlət sektorları aktivliyi stimullaşdırmaq üçün çox az şey etdi və əvəzində mərkəzi banklar yeganə seçim yeri oldu. Faiz dərəcələrini mümkün qədər aşağı səviyyədə saxladılar. Külli miqdarda istiqrazlar aldılar və iqtisadiyyata təsirlərini daha da genişləndirdilər. Pandemiya ərəfəsində Amerika, Avropa və Yaponiyanın mərkəzi bankları 15 trilyon dollarlıq maliyyə aktivlərinə sahib idilər.
Pandemiya inflyasiyanın yüksəlməsinə kömək edən fövqəladə tədbirlərə çağırış etdi. Enerji böhranı bu sürəti bir az da artırdı, çünki Rusiya (Səudiyyə Ərəbistanı ilə birlikdə) ən böyük qalıq yanacaq ixracatçılarından biri kimi özünü Qərb bazarlarından təcrid etdi. Ciddi inflyasiya problemi ilə üzləşən FED uçot dərəcəsini 0,25%-dən 3,25%-ə qaldırdı. 2023-cü ilin əvvəlində isə bu rəqəm 4,5%-ə qaldırıla bilər. Belə olan halda dünyanın əksər monetar orqanları öz siyasətlərini sərtləşdirməyə üstünlük verirlər.

Bundan sonra nə olacaq? Qorxulardan biri də aşağı faizlərə öyrəşmiş maliyyə sisteminin borclanma dəyərinin kəskin artması ilə üzləşəcəyidir. Orta ölçülü kredit təşkilatlarından biri - CreditSuisse, təzyiq altındadır, lakin banklar çətin ki, böyük problem yaratsınlar: onların əksəriyyətində keçmişdə olduğundan daha çox imkan var. Təhlükə başqa yerdədir, yəni banklarda deyil, qeyri-sabit bazarlara və texnologiyalara arxalanan yenilənmiş maliyyə sistemindədir. Yaxşı xəbər odur ki, əmanətləriniz yanmayacaq, pis xəbər isə odur ki, bu maliyyələşdirmə sistemi firmalar və istehlakçılar qeyri-şəffaf və itkilərə qarşı həssasdır.
Bu artıq borc bazarlarında nəzərə çarpır. Borcu alan firmalar təhlükəsiz oynamağa çalışdıqca, ipoteka və spekulyativ yüksək gəlirli istiqrazlar üzrə faiz dərəcələri yüksəlir. Korporativ satınalmaları maliyyələşdirmək üçün "borclu şirkət kreditləri" bazarı dayanıb, nəticədə yaranan bu borc böyük problem ola bilər. Eyni zamanda, investisiya, o cümlədən pensiya fondları yığılmış qeyri-likvid aktivlərin portfelləri üzrə itkilərlə üzləşirlər. Xəzinə istiqrazları bazarı, eyni zamanda Avropa kommunal şirkətləri daha çox girov tələbləri ilə üzləşirlər. Böyük Britaniyanın istiqraz bazarı, pensiya fondlarının törəmə alətlər üzrə qeyri-müəyyən dərəcələri səbəbindən xaosa sürüklənib.
Bazarlar təhdid yaradan təsirlərə məruz qalarsa, mərkəzi banklar geridə qalmayacaq. İngiltərə Bankı artıq geri dönüb və faiz artımı öhdəliyini azaltmaqla yenidən istiqrazlar almağa başlayıb. Mərkəzi bankların sərt danışıqlardan keçmək əzminin olmaması ilə bağlı inanc başqa bir qorxunun əsasını təşkil edir. Bu da dünyanın inflyasiya səviyyəsinin 1970-ci illərə dönəcəyidir. Bu, müəyyən mənada təşviş və həddən artıq təlaş doğurur. Əksər analitiklər hesab edir ki, enerji qiymətlərindəki artımlar azaldıqca və yüksək faiz dərəcələri azaldıqca ABŞ inflyasiyası 2023-cü ildə indiki 8%-dən 4%-ə düşəcək. İnflyasiyanın 20%-ə çatma şansları zəif olsa da, hökumətlərin və mərkəzi bankların onu 2%-ə qaytara biləcəkləri açıq sual olaraq qalır.
Səbəbləri anlamaq üçün qarışıqlıqdan bir addım geri çəkilib uzunmüddətli əsaslara nəzər salaq. 2010-cu illə müqayisədə dövlət xərcləri və investisiyalarda dəyişiklik və struktur artımı var. Yaşlanan əhali daha çox sağlamlıq qayğısına ehtiyac duyacaq. Avropa və Yaponiya Rusiya və Çindən gələn təhdidlərə qarşı müdafiəyə daha çox pul xərcləyəcək. İqlim dəyişikliyi və təhlükəsizlik axtarışı bərpa olunan enerji infrastrukturundan tutmuş qaz terminallarına qədər enerjiyə dövlət sərmayəsinə təkan verəcək. Və geosiyasi gərginlik hökumətləri sənaye siyasətinə daha çox pul xərcləməyə məcbur edəcək. Lakin investisiyalar artdıqca belə, demoqrafik zəngin ölkələrin çiyinlərində ağır yükə çevriləcək. İnsanlar yaşlandıqca daha çox qənaət edirlər və bu artıqlıq əsas real faiz dərəcəsini aşağı salmağa davam edəcək.

Nəticədə, 2020-ci və 2030-cu illərdəki əsas tendensiyalar hələ də aşağı olan real faiz dərəcələrinin artırılmasıdır. Mərkəzi banklarda ciddi dilemma var. İnflyasiyanı 2%-lik hədəfə endirmək üçün, çox güman ki, tənəzzülə başlamaq üçün tədbirləri kifayət qədər sərtləşdirməli olacaqlar. Bu, iş yerlərinin itirilməsi və şiddətli siyasi reaksiya şəklində yüksək sosial xərclərə səbəb olacaq. Üstəlik, inflyasiya aşağı düşərsə, iqtisadiyyat yenidən aşağı faiz dərəcələri tələsinə düşəcək və mərkəzi banklar yenidən stimullaşdırıcı vasitələrdən məhrum ola bilər. Başqa çıxış yolu tapmaq istəyi var: son onilliklərdə qarşıya qoyulan 2%-lik hədəflərdən imtina etmək və bu rəqəmi məsələn, 4%-ə çatdırmaq. FED çox güman ki, 2024-cü ildə strategiyasına yenidən baxarkən bunu nəzərə alacaq.
Daha yüksək dövlət xərcləri və yeni inflyasiya bir sıra üstünlüklərə malik olacaq. Qısa müddətdə bu, daha az tənəzzül deməkdir. Uzunmüddətli perspektivdə mərkəzi banklar iqtisadi tənəzzül zamanı faiz dərəcələrini azaltmaq üçün daha çox imkana malik olacaq və işlər səhv getdikdə istiqrazlar və təcili maliyyələşdirmə almalıdırlar.
Ancaq bu, həm də böyük təhlükələrlə gəlir. Mərkəzi banklara etimad sarsılacaq: şərtləri bir dəfə dəyişdikdən sonra, yenidən bunu edə bilərlər. İki faizlik inflyasiya vədi ilə milyonlarla müqavilə və investisiyaların qarşısı alınacaq və orta dərəcədə yüksək inflyasiya vəsaitləri kreditorlardan debitorlara yenidən bölüşdürəcək. Bu arada, populist siyasətçilər ehtiyatsız xərcləmə öhdəlikləri götürsələr və ya enerji və sənaye siyasətinə dövlət sərmayələri məhsuldarlığa ziyan vuran şişirdilmiş prestij layihələrinə çevrilərsə, hökumətin cüzi genişlənmə vədi nəzarətdən çıxa bilər.
Bütün bu imkanlar və təhlükələr qorxuludur, lakin onların vətəndaşlar və biznes üçün mümkün nəticələrini ölçməyə başlamağın vaxtıdır. İqtisadiyyatda mövcud vəziyyətin vaxt çərçivəsinin olmadığına inanmaqdan böyük səhv yoxdur. Bu baş vermir. Dəyişikliklər gəlir. Onlara hazır olun.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB