Belçika qışa nə dərəcədə hazırdır?

Belçika təbii qaz ehtiyatlarında 100 faiz doluluğa çataraq, onu Avropada tam doluluğa çatan ikinci ölkə edib. SİA xəbər verir ki, Belçikanın təbii qaz ehtiyatları 100 faiz doluluq səviyyəsinə çatıb. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan təbii qaz böhranı səbəbindən Avropa ölkələri qaz ehtiyatlarını gələn qışa hazırlamağa çalışır. Belçikanın energetika naziri Tinne Van der Straetenin verdiyi məlumata görə, Belçikanın təbii qaz ehtiyatları yüzdə 100 doldu. Avropa Birliyinin (AB) qaz ehtiyatlarının tədarük səviyyələri ilə bağlı səlahiyyətli platforması olan Avropa Toplu Qaz Anbarı İnventarından əldə edilən rəqəmlərə görə, Belçika Portuqaliyadan sonra üzv dövlətlər arasında tam doluluğa çatan ikinci ölkə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə