Dünya Bankı Ukraynaya dəstək üçün əlavə 530 milyon dollar ayırıb

Böyük Britaniya və Danimarkanın kredit zəmanəti ilə Ukraynaya 530 milyon dollarlıq maliyyə yardımı paketi veriləcək. SİA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Dünya Bankının (DB) məlumatında deyilir.

"Dünya Bankı Ukrayna hökumətinə təcili ehtiyacların ödənilməsinə kömək etmək üçün əlavə 530 milyon dollar elan edib", - açıqlamada qeyd olunur.

Söhbət Böyük Britaniya və Danimarkadan müvafiq olaraq 500 milyon ABŞ dolları və 30 milyon dollar kredit zəmanətindən gedir. Vəsaitlər xüsusilə, “əsas dövlət xidmətlərinin, o cümlədən səhiyyə, təhsil və sosial müdafiənin fəaliyyətinin təmin edilməsinə” yönəldilməlidir.

Dünya Bankı Ukrayna üçün təcili maliyyə yardımı üçün təxminən 13 milyard dollar səfərbər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə