Azərbaycanın tranzit və nəqliyyat–loqistika imkanları inkişaf edir - ŞƏRH

Azərbaycanın tranzit və nəqliyyat–loqistika imkanları inkişaf edir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində iştirak edib. Cənab Ptezident ŞƏT-in Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimayyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı.

Cənab Prezidentin çıxışında ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın transit və nəqliyyat loqistika imkanları barədə olmuşdur. Bu vacib məsələyə toxunan cənab Prezident bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər göstərir ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiyillətinə malikdir və bu ildə 25 milyona qədər artırıla bilər.Bildirilib ki, bu ilin 7 ayında Azərbaycan ərazisindən keçən transit yüklərin həcmi 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Son 10 ildə Azərbaycanda 19 min
kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkərək geniş, müasir nəqliyyat infrastrukturu şəbəkəsini yaradır.

Qeyd olunub ki, 2020-ci ilin sonunda Azərbaycanın Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdikdən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi
açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da atıracaq və marşurut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Qeyd etmək lazımdır ki, Çanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırqızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enrji, nəqliyyat,turizm, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin
göstərilməsi , yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradlıması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakı, Sammit çərçivəsində keçirtdiyi ikitərəfli görüşlər, Sammitdə qəbul edilmiş Bəyannamə gələcəkdə Azərbaycan ilə ŞƏT-ına üzv ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına imkan yaradacaqdır.

Milli Məclisin deputatı Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə