Mərkəzi Banka yazılı müraciətlər 16% azalıb

Mərkəzi Banka yazılı müraciətlər 16% azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankına (AMB) 7 828 yazılı müraciət daxil olub. SİA AMB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% azdır.

8 aylıq müraciətlərin 68,6%-i və yaxud 5 368-i kredit təşkilatları, 2 031-i sığorta şirkətləri, 166-sı investisiya şirkətləri, 263-ü isə digər məsələrələ bağlı olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 27,3% az, 17,8% çox, 3,8% çox və 3,2 dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə