Qida Təhlükəsizliyi Agentliyinin sədri vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin sentyabr ayı üzrə regionlarda vətəndaş qəbul qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 12-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala, Qax və Balakən rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Qoşqar Təhməzli və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.
Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) əlaqədar olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb, agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan rayonlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB