İşğaldan azad olunmuş ərazilərdə hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

İşğaldan azad olunmuş ərazilərdə hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

“Şuşa şəhərinin dayanıqlı su təchizatının təmin olunması məqsədilə Zarıslı çayı üzərində bəndin tikintisi davam etdirilir və layihənin birinci mərhələsini ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırıq”. Bu fikirləri SİA-ya açıqlamasında “Azərsu” ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, eyni zamanda Kəlbəcər, Laçın, Xocavənd və Qubadlı rayonları ərazisindəki hərbi obyektlərin su təchizatının bərpa olunması ilə bağlı işlər həyata keçirilir: İşğaldan azad olunmuş 5 ərazidə “Azərsu” ASC-nin daimi xidmət aparan heyəti var. Şuşada, Kəlbəcərdə, Laçında Hadrutda və Zəngilanda bizim əməkdaşlar 24 saat xidmət göstərir. Həmin ərazilərdə məskunlaşan mülki əhalinin, dövlət qurumlarının və hərbi obyektlərin su təminatının dayanıqlığının təmin olunması ilə işlər davam edir.

Ağdam şəhəri ilə bağlı “Ağıllı su” layihəsi artıq hazırdır və yaxın gələcəkdə icrasına başlanılacaq. Eyni zamanda digər şəhərlər üçün mühəndis axtarış işləri və layihələrin hazırlanması davam etdirilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə