Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

Azərbaycanla Özbəkistan yaşıl enerji sahəsində əməkdaşlıq edəcək.

SİA-nın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

"Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad edilmiş ərazilər, yaşıl enerji çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir", - nazir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə