Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının İnzibati departamentinin adı dəyişdirilərək İnzibati-satınalma departamenti olub.

SİA-nın məlumatına görə, Fərhad Vəliyev departamentin rəhbəri təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə