Bakı Limanında aşırılan konteynerlərin həcmi 31.8 faiz artıb
Bakı Limanında digər növ yüklərdə olduğu kimi qlobal iqtisadiyyatda mühüm rol oynayan konteyner daşınması üzrə də göstəricilər davamlı olaraq artmağa davam edir. Əgər ötən ilin ilk 6 ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 124 ədəd konteyner aşırılmışdısa, 2022-ci ilin eyni dövründə bu rəqəm 27 844 ədəd olub. Bu göstərici isə 31,8 % artım deməkdir.
SİA bu barədə limana istinadən xəbər verir.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır. Belə ki, 2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur.
Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB