Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

Yanvar-iyun aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın altı ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 390,1 milyon ABŞ dolları, Ukraynaya 324,4 milyon dollar, Belarusa isə 75,8 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə