Misirin Azərbaycandakı səfiri KOBİA-da olub

Misirin Azərbaycandakı səfiri KOBİA-da olub

Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. Bu barədə SİA-ya KOBİA-dan məlumat verilib.

KOBİA-nın İdarə Heyəinin sədri Orxan Məmmədov və səfir arasında keçirilmiş görüşdə Azərbaycan və Misir arasında birgə layihələrin icrasına, sahibkarların iştirakı ilə ortaq müəssisələrin yaradılması imkanlarına və qarşılıqlı biznes missiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə