Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nədən ibarətdir? - EKSPERT AÇIQLADI

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nədən ibarətdir? - EKSPERT AÇIQLADI

"Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyində rolu ildən-ilə artır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Avropada olan ölkələrin hər birinin ayrı-ayrılıqda enerji təhlükəsizliyində Azərbaycanın rolu artmaqdadır: "Biz bunu müxtəlif istiqamətlərdə müşahidə edirik. Son günlər Rusiya-Ukrayna münaqişəsi zəminində Rusiyadan asılılığın azaldılması istiqamətində Qərbin enerji təminatlarının axtarışında olması onların Azərbaycana da ard-arda müraciət etməsi ilə nəticələnir. Bu baxımdan Azərbaycanın mövcud enerji potensialı həm Azərbaycanın, həm də Qərbin işinə yarayır. Belə ki, Azərbaycan öz məhsullarını ixrac edərək valyuta əldə edir, Qərb isə öz eneji təhlükəsizliyini həyata keçirir. İstər Bakı-Tbilisi-Ceyhan, istərsə də Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan öz karbohidrogen ehtiyatlarını Avropaya nəql etməklə öz mövqeyini möhkəmlədib. Eyni zamanda Avropadan ölkəmizə valyuta axınını təmin edir. “TAP” layihəsi vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya birbaşa işləyən boru kəməri var. Həmçinin bir çox ölkələr qazla təmin olunması üçün Azərbaycana birbaşa müraciət edirlər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə