Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 121,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,66 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,66 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,7 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə