KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir - FOTOLAR

KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir - FOTOLAR

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi davam etdirilir. KOBİA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstəklə daha 16 KOB subyetki “Baku Crystal Hall”da keçirilən "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisində məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim edir. KOBİA-nın xüsusi stendində Agentliyin sərgilərə çıxışa dəstək mexanizmi çərçivəsində KOB-ların sənaye, qida, inşaat və digər sahələrdə məhsul və xidmətləri sərgilənir.

Hazırda KOBİA KOB-ların satış imkanlarının genişləndirilməsinə və yerli məhsulların tandılımasına dəstək məqsədilə ödənişsiz olaraq KOB-ların yerli və xarici ölkələrdə keçirilən sərgilərdə iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. KOB-lar kobmarket.az onlayn ticarət portalının imkanlarından da istifadə edə bilərlər.

Qeyd edək ki, "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur. Sərgi iyunun 18-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə