Türkiyənin ixracat həcmində rekord

Ticarət naziri Mehmet Muş təşkil etdiyi mətbuat konfransında Türkiyənin May ayına dair xarici ticarət hesabatını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, nazir Muş Türkiyənin 2021-ci ildə ixracat sahəsində böyük uğur əldə etdiyinə diqqət çəkib. Cari ilin ilk 5 ayında da ixracatdakı güclü performansın qorunduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, May ayında ixracat həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 15,2% artaraq 19 milyard dollara çatıb. Bu da bütün zamanların May ayında reallaşan ən yüksək ixracat hesab edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə