CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 122,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 121,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə dəyişməyib.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə