Dövlət ipotekası kreditlərinin sayı 39 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 001 borcalana 2 milyard 169 milyon 613 min manat kredit verib.

SİA xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 299 milyon 658 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 575 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...