Bayram günlərində milli parkları 4553 turist ziyarət edib - FOTOLAR
Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 4553 turist səfər edib. SİA xəbər veri ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
A.Babayevanın sözlərinə görə, bayram tətili günlərində ölkə ərazisində hava şəraiti o qədər əlverişli olmasa da, turistlər həvəslə milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük veriblər.
“Milli parklarımız əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri ziyarət edərək həm füsunkar mənzərələrdən zövq alır, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB