Cari ilin ilk rübündə Qazpromun Avropa İttifaqı və Türkiyəyə ixracı ciddi şəkildə azalıb.
SİA APA-ya istinadən xəbər verir ki, şirkət bildirir ki, hesabat dövründə MDB-dən kənara 50 milyard kub metr qaz ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz azdır. Bununla belə, şirkət müqavilələrdə nəzərdə tutulmuş bütün öhdəliklərini yerinə yetirib.
Qaz hasilatı ilə bağlı da azalma mövcuddur. Hesabat dövründə şirkət 175,4 milyard kub metr qaz hasil edib ki, bu da illik əsasda 2,5 faiz geriləmə deməkdir. Daxili bazara satışların 3,7 faiz azalması fevralın isti keçməsi ilə izah edilir.
Ukrayna münaqişəsinə rəğmən Avropa rus qazı üçün əsas bazardır. Köhnə qitənin ölkələrinin Rusiya qazından asılılığı 25 faizlə 100 faiz arasında dəyişir. “Qazprom”un gəlirinin artması qazın bahalaşmasından irəli gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB