Dünya xammal və ərzaq qiymətlərinin rekord həddə çatacağını proqnozlaşdırırdı
Dəhşətli qıtlıq olacaq...

...Dünya Bankı Ukrayna ətrafındakı vəziyyətə görə 2024-cü ilə qədər əmtəə və ərzaq qiymətlərinin rekord həddə çatacağını proqnozlaşdırıb.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” Dünya Bankının hesabatına istinadən xəbər verir.

Bankın hesabatında Ukraynadakı vəziyyətin əmtəə bazarlarına ciddi zərbə vurduğu, qlobal ticarət, istehsal və istehlak modellərinin dəyişdiyi və qiymətlər 2024-cü ilin sonuna qədər tarixən yüksək səviyyədə qalacağı bildirilir.

Dünya Bankı enerji qiymətlərindəki artımı 1973-cü il neft böhranından bəri ən yüksək artım kimi qiymətləndirib. 2022-ci ildə analitiklərin fikrincə, onların dəyəri 50 faizdən çox artacaq, təbii qaz iki dəfə, kömür isə 80 faiz bahalaşacaq.

Bu il “Brent” markalı neftin orta hesabla 100 dollara başa gələcəyi, gələn il isə 92 dollara düşəcəyi gözlənilir.

Hesabatda qeyd olunur ki, qeyri-enerji malları 20 faiz artacaq. Ən böyük artım əsas ixracatçıları Rusiya və Ukrayna olan həmin kateqoriyalarda baş verəcək.

Buğda 40 faiz bahalaşaraq rekord həddə çatacaq. Gübrə qiymətlərinin artması bir sıra bitkilər üçün məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

Sənəddə o da deyilir ki, 2023-cü ildə Argentina, Braziliya və ABŞ-dan tədarükün artması səbəbindən qiymətlər bir qədər aşağı düşə bilər. Əslində bu da ehtimaldır.

…Metallar 2022-ci ildə orta hesabla 16 faiz bahalaşacaq. Dünya Bankının məlumatına görə, nikel və alüminiumun müvafiq olaraq 52 və 38 faiz dəyərində artacağı gözlənilir. Səbəb isə bu məhsulların təchizatında Rusiyanın mühüm rol oynamasıdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl Dünya Bankı 2022-ci ildə Ukrayna iqtisadiyyatının təxminən 45 faiz daralacağını proqnozlaşdırmışdı. Bununla yanaşı qeyd edilməlidir ki, bu göstəricinin dinamikası Ukraynada münaqişənin davam etmə müddətindən asılı olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə