Belarusla ticarət dövriyyəmiz 88 milyon dolları ötüb

Belarusla ticarət dövriyyəmiz 88 milyon dolları ötüb

Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 88 milyon ABŞ dollarını ötüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 65,6 milyon dollar, idxalın dəyəri isə 22,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə