Tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib - FOTO
Bu gün “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfrans keçirilib. SİA xəbər verir ki, konkfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, dövlət qurumlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin statistika qurumlarının təmsilçiləri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri iştirak ediblər.
Konfransı açılış nitqi ilə açan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi islahatlar nəticəsində müasir Azərbaycan dünyada inamla inkişaf edən, qlobal maliyyə-iqtisadi böhranlardan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanındığını bildirib. O, qeyd edib ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2030-cu ilədək dövrü əhatə edən strateji mərhələyə daxil olur: “Hazırkı mərhələdə əsas məqsədlərdən biri uzunmüddətli perspektivə dinamik sosial-iqtisadi inkişafın dayanıqlığının təmin edilməsidir. Bu işlərin planlaşdırılmasında, nəticələrin qiymətləndirilməsində və təhlil olunmasında rəsmi statistika xüsusi əhəmiyyət kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB