Azərbaycan daha sistemli fəaliyyət nümayiş etdirir - İQTİSADÇI AÇIQLADI
“Qlobal və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda aqrar məhsulların istehsalının genişləndirilməsi, xüsusən idxalın əvəzlənməsi yerli istehsalın istehlakdakı payının artırılması prioritet məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin genişləndirilməsi əsas mövzudur: “Çünki Kənd Təsərrüfatı Nazirliyi birbaşa ərzaq təminatı və ərzaq təhlükəsizliyinə mənsub olan qurumlardan biridir. Ona görə də Kənd Sovetlər Birliyinin səlahiyyətlərinin genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi ilə bağlı aparılan işlər nəticə etibari ilə ərzaq təhlükəsizliyi, istehlakın daxili istehsal hesabına ödənilməsi baxımından vacibdir. Bu günləri dünya bazarında strateji ərzaq məhsullarının qıtlığı müşahidə olunur.
Gələcək mərhələdə problemlər dünya bazarında daha da dərinləşəcək. Azərbaycan hökumətinin əsas məqsədi istehlak bazarındakı stabilliyin qorunub saxlanılmasıdır. Bununla əlaqədar olaraq ən vacib məqamlardan biri də yerli istehsalın, ərzaq məshullarının və kənd təsərrüfatı istehsalının artırılmasıdır. Bu baxımdan fərmanların və bütövlükdə kənd təsərrüfatı qarşısında bütövləşdirilmiş öhdəliklər ondan xəbər verir ki, Azərbaycan ərzaq təminatı və ərzaq təhlükəsizliyinin formalaşması istiqamətində daha sistemli fəaliyyət nümayiş etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB