Türkiyədə hazır geyim sənayesi 2022-ci ilin 3 ayında - yanvar-fevral-mart dövründə 16,2% artımla 5 milyard 458 milyon dollarlıq ixracat reallaşdıraraq rekord qırıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin geyim ixracatı mart ayında əvvəlki ilin eyni ayına görə 19,8 faiz artaraq 22,7 milyard dollar olub. Sözügedən rəqəmlə bura qədərki ən yüksək mart ixracı əldə edilib.
2022-ci ilin birinci rübündə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artaraq 60,3 milyard dollara çatıb.
Ötən ilin mart ayında 1 milyard 675 milyon dollarlıq ixrac edən hazır geyim sənayesi bu ilin eyni dövründə 20,7 faiz artımla 2 milyard 22 milyon dollarlıq ixracat əldə edib. Bu performansla sektor mart ayında bura qədərki zamanların ixrac rekordunu yeniləyib.
Hazır geyim sənayesi 2022-ci ilin yanvar, fevral, mart aylarında 16,2 % artımla 5 milyard 458 milyon dollarlıq ixracat həyata keçirib. Martda 330 milyon dollarla ən çox ixracat Almaniyaya olub. Ondan sonra 238 milyon dollarla İspaniya və 197 milyon dollarla Böyük Britaniya gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB