Rusiya-Ukrayna münaqişəsinin iqtisadiyyata təsiri nədən ibarətdir? - İQTİSADÇI AÇIQLADI

Rusiya-Ukrayna münaqişəsinin iqtisadiyyata təsiri nədən ibarətdir? - İQTİSADÇI AÇIQLADI

"Hazırda Rusiya və Ukrayna arasında davam edən münaqişə dünya ölkələrinin demək olar ki, 97%-nə təsir edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, lakin bu təsir bəzi ölkələrdə çox az, digərlərində isə kifayət qədər çox hiss olunur: "Müharibə daha çox Rusiyadan idxaldan və ixracdan asılı olan ölkələrə təsir edib. Məhz Azərbaycan Rusiya və Ukrayna arasında olan bu münaqişədən çox təsirlənən ilk iyirmiliyə düşən ölkələrdən biridir. Çünki Azərbaycanın idxalında birinci yeri, ixracında isə üçüncü yeri Rusiya tutur. Rusiya bazarında alıcılığın azalması ixracımıza da öz təsirini göstərəcək. Rusiyadan idxal olunan məhsulların çox olması daxili bazarda da qiymət artımının müşahidə olunmasına gətirib çıxaracaq. Yəni, müharibə regiondakı digər ölkələr kimi, Azərbaycana da müəyyən təsir göstərir.

Lakin mövcud valyuta ehtiyatları bu böhranlı şəraitdən çıxmaq üçün Azərbaycana əlavə imkanlar qazandırmış olacaq. Eyni zamanda, cənab Prezidentin tapşırığı əsasında hökumət tərəfindən anti-inflyasiya, anti-böhran və s. tədbirləri həyata keçirilir ki, bu da Azərbaycanın az itkilərlə çətin vəziyyəti aşmağına kömək edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə