Yeni qərar sui-istifadə hallarına son qoyacaq yoxsa.... - İQTİSADÇI AÇIQLADI

Yeni qərar sui-istifadə hallarına son qoyacaq yoxsa.... - İQTİSADÇI AÇIQLADI

"Hazırda Nazirlər Kabinetinin sudan istifadə ilə bağlı qərarında əsas məqsəd suya qənaət edilməsi, o cümlədən də su ehtiyatlarının düzgün idarə olunması və daha sonra su uçotunun doğru aparılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, qərarda açıq və örtülü su hövzələrindən, çaylardan, yeraltı sulardan istifadə edərkən əgər, avadanlıqlardan, texniki qurğulardan istifadə edilirsə, ödəniş olunmalıdır: "Amma eyni zamanda da bildirilir ki, hamı üçün açıq olan, kütləvi istifadə məqsədi olan hallar istisnadır.

Tariflər hələ ki, verilməyib. Amma mütləq şəkildə tariflər differensiyalı həyata keçirilməlidir. Çünki bu qiymətlərin müəyyənləşdirilməsi ədalət prinsipinə ciddi şəkildə əməl olunmasının və hər sahəyə özünəməxsus formada qiymətin təyin olunmasını zəruri edir. Digər vacib bir məsələ isə bu tariflər mümkün olan ən minimum hədlərlə müəyyən edilməlidir. Çünki bu iqtisadiyyatın sahələrinin, su təsərrüfatından asılı olan sahələrinin, ən əsası kənd təsərrüfatı sahələrinin inkişafına mənfi təsir göstərə bilər. Bu, ən çox kənd təsərrüfatı məhsullarının maya dəyərinin bahalaşmasına və nəticədə qiymətin bahalaşmasına gətirib çıxarda bilər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə