“Azəriqaz” İB “Açıq qapı” aksiyası keçirib - TƏDBİR-YENİLƏNİR

“Azəriqaz” İB “Açıq qapı” aksiyası keçirib - TƏDBİR-YENİLƏNİR

Bu gün “Azəriqaz” İB “Açıq qapı” aksiyası keçirib. SİA xəbər verir ki, aksiyada "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlər daxil olduğundan birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edib.

Görüşdə “Azəriqaz” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev, sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov və Metrologiya Departamentinin rəisi Zehin Rəsulov media nümayəndələrinin və QHT üzvlərinin suallarını cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, il ərzində minimum 10 min ağıllı sayğacların quraşdırılması nəzərdə tutulur: "Azərbaycan ərazisində mərhələli şəkildə ağıllı sayğacların quraşdırılması davam etdirilir".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə