Boris Qrozovski: “Sanksiya müharibəsi Azərbaycanın ixrac gəlirlərinin artmasına səbəb olacaq” - ŞƏRH

Boris Qrozovski: “Sanksiya müharibəsi Azərbaycanın ixrac gəlirlərinin artmasına səbəb olacaq” - ŞƏRH

Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr də itkilərə məruz qalır. SİA xəbər verir ki, bunu rusiyalı iqtisadçı ekspert, “EventsAndTexts” teleqram kanalının sahibi Boris Qrozovski Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatı üçün nəticələrini Caliber.Az-a şərh edərkən deyib.

“Sanksiya tətbiq edən ölkələr gəlir və mənfəət payını itirir, bazar olaraq Rusiyanı itirirlər. Onların təchizat zəncirləri məhv edilir.

Rusiyadan neft və qaz tədarükünə qoyulan embarqodan danışan B.Qrozovski gərgin atmosferin enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olacağını qeyd edib.

“Bazarlardakı əsəbi vəziyyət və Rusiya Federasiyasından neft və qazın tədarükünə embarqo enerjinin qiymətini artıracaq. Bu, ona gətirib çıxaracaq ki, Azərbaycanın ixrac gəlirləri artacaq və gələcəkdə tədarüklərin həcmini artırması mümkün olacaq”,- ekspert hesab edir.

B.Qrozovski vurğulayıb ki, anti-Rusiya sanksiyaları şübhəsiz ki, qlobal iqtisadiyyata təsir edəcək: “Ancaq indi biz qlobal iqtisadiyyat haqqında deyil, nüvə müharibəsinin qarşısını almaqla, Ukraynada müharibəni necə dayandırmaq barədə düşünməliyik”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə