Fevral ayında ixrac həcimdə rekord artım qeydə alınıb

Fevral ayında ixrac həcimdə rekord artım qeydə alınıb

Türkiyənin Ticarət naziri Mehmet Muş paytaxt Ankarada fevral ayına dair xarici ticarət rəqəmlərini açıqlayıb.

SİA xəbər verir ki, nazir Muşun məlumatına görə cari ilin fevral ayında ixrac həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 25,4 faiz artaraq 20 milyard dollara çatıb ki bu bütün zamanların fevral ayında reallaşdırılmış ən yüksək ixracat rəqəmi hesab edilir.

Ticarət naziri Muş qeyd edib ki, illik ixracat 231,9 milyard dollara çatıb. Lakin müəyyənləşdirilmiş əsas hədəf 250 milyard dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə