Qlobal borc keçən il Çinin borcunun kəskin artması ilə əlaqədar tarixinin ən yüksək həddinə - 303 trilyon dollara yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Maliyyə İnstitutu (İİF) “Qlobal borc monitorinqi” hesabatını yayıb.
Hesabata görə, 2021-ci ilin sonuna qlobal borc 2020-ci illə müqayisədə 10 trilyon dollardan çox artaraq 303 trilyon dollar təşkil edib.
Qlobal borcun məbləği 2020-ci ildə yeni növ koronavirus (Covid-19) epidemiyasının təsiri nəticəsində 33 trilyon dollar artaraq 292,6 trilyon dollar olaraq qeydə alınıb.
Ötən il qlobal borcların artması inkişaf etməkdə olan bazarların, xüsusən də Çinin borclarının artması ilə bağlı olub.
Sektorlar üzrə ən böyük artım dövlət və qeyri-maliyyə şirkətlərinə məxsus borclarda müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB