“Azəriqaz” bu ilin yanvarında 1 milyard 183 milyon kubmetr qaz qəbul edib
Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib. Bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 102 milyon kubmetrdən artıqdır.
SİA xəbər verir ki, bu sözləri Birliyin baş direktoru Ruslan Əliyev növbəti “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 29 milyon kubmetr artıq olub.
Baş direktor qeyd edib ki, qaz itkiləri ötən il yanvar ayında 8,8 faiz təşkil edirdisə, bu ilin ilk ayında bu göstərici 6,3 faizə enib. Yəni itkilər 2,5 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB