71,8 min hektardan çox sahədən bitkiçilik məhsulları toplanıb

71,8 min hektardan çox sahədən bitkiçilik məhsulları toplanıb

2021-ci ildə Şəki rayonu üzrə 71 min 886,2 hektar sahədən bitkiçilik məhsulları toplanıb. SİA xəbər verir ki, əkin sahələrinin 64 min 647 hektarını dənli və dənli paxlalı bitkilər, 1422,7 hektarını texniki bitkilər, 701 hektarını kartof, 823,5 hektarını tərəvəz, 172 hektarını bostan, 4 min 120 hektarını isə yemlik bitkilər təşkil edib.

Qurumdan bildirilib ki, ötən il rayonda 198 min 703,7 ton dənli və dənli paxlalı bitkilər, 4 min 150 ton tütün, 920,7 ton şəkər çuğunduru, 10 min 564,3 ton kartof, 20 min 630 ton tərəvəz, 2 min 951,8 ton bostan bitkiləri, 31 min 306,5 ton yem bitkiləri istehsal olunub.

2021-ci ildə rayonun meyvə bağları və giləmeyvəliklərdən 28 min 556,5 ton məhsul toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə