“Şimal axını-2” qaz kəməri layihəsi həyata keçmir, səbəbi...”
Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetinin 31 yanvar sayında “Şimal axını-2” qaz kəməri layihəsinin tezliklə həyata keçirilə bilməsini şübhə altına alınıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Federal Şəbəkə Agentliyinin rəhbəri Yohen Homan müsahibəsində belə deyib: “Bu prosesi hətta Almaniyada törəmə şirkət yaradılması da sürətləndirməyəcək. 2022-ci ilin birinci yarısında Baltik qaz kəməri ilə saziş bağlanması çətin ki, mümkün olacaq. Kəmərin ticarət reyestrində qeydiyyatı baş tutub, lakin sonrakı addımlar hələ də atılmayıb. Şəbəkə Agentliyi bu proseduru dayandırıb və “Şimal axını-2” kəmərinin zəruri sənədlərinin nə vaxt təqdim olunacağını gözləyir. Əgər hər hansı səbəblər üzündən şirkətin sertifikatlaşdırılması baş tutmasa, yəqin ki, məhkəmə iddiası qaldıracağıq. Bütün bunlar illər boyu uzana bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB