Hökumət əhaliyə "yanacaq yoxsulluğu" ilə bağlı xəbərdarlıq edib

Hökumət əhaliyə "yanacaq yoxsulluğu" ilə bağlı xəbərdarlıq edib

Böyük Britaniya hökuməti elektrik enerjisi tariflərini azaltmasa, elektrik enerjisi üçün ödəniş edə bilməyən britaniyalıların sayı yaza qədər 25 illik rekorda yüksələ bilər.

SİA-nın məlumatına görə, bu barədə "Guardian" qəzeti "National Energy Action" xeyriyyə təşkilatına istinadən bildirib.

Məqalədə bildirilib ki, oktyabrda enerji böhranı başlamazdan əvvəl Birləşmiş Krallığın 4 milyon ev təsərrüfatları "yanacaq yoxsulluğundan" əziyyət çəkirdi.

Qiymətlərin saxlanılması üçün təcili tədbirlər görülməsə, bir neçə aydan sonra bu rəqəm 6 milyona yüksələ bilər. 1996-cı ildən bu vaxta qədər belə rəqəmlər müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə