Dünyada 2,5 mindən çox aviareys "omikron"a görə ləğv edilib
Koronavirusun yeni "omikron" ştammına yoluxma hallarının artması ilə əlaqədar dünyada 2,5 mindən çox aviareys ləğv edilib.
SİA-nın məlumatına görə, bu barədə hava gəmilərinin hərəkətini izləyən "FlightAware" portalında deyilir.
Məlumata əsasən, dekabrın 27-si 2 522 aviareys ləğv edilib, 7 690 aviareys isə yubanıb. Ləğv olunan aviareyslərin əksəriyyəti (958) ABŞ-ın payında düşür.
Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB